|
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (PL/TMM) sahəsində milli təşəbbüslərin beynəlxalq təşkilatların və digər ölkələrin təşəbbüsləri ilə əlaqələndirilməsi zəruridir. Bu baxımdan, PL/TMM sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətlərə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən böyük önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə»yə görə PL/TMM sahəsində dövlət siyasətini həyata keçirən orqan olaraq Maliyyə Monitorinqi Xidmətinin beynəlxalq əməkdaşlıq fəaliyyəti aşağıdakı istiqamətləri əhatə edir:
Maliyyə Monitorinqi Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasında PL/TMM sahəsində effektiv sistemin formalaşdırılması və bu sahədə ölkənin beynəlxalq imicinin davamlı olaraq yüksəldilməsi məqsədilə çoxtərəfli və ikitərəfli əməkdaşlığın daim genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Beynəlxalq təşkilatlarla əməkdaşlıqMaliyyə Monitorinqi Xidmətinin çoxtərəfli əməkdaşlıq əlaqələrini iki istiqamətə ayırmaq olar: i) PL/TMM sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlara əməkdaşlıq – hazırda Maliyyə Monitorinqi Xidməti bu qrupdan olan aşağıdakı ixtisaslaşmış təşkilatlarla əməkdaşlıq edir: ii) PL/TMM-ə dəstək verən beynəlxalq təşkilatlara əməkdaşlıq – hazırda Maliyyə Monitorinqi Xidməti bu qrupdan olan aşağıdakı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: İkitərəfli əməkdaşlıqAzərbaycan Respublikasının PL/TMM sahəsində ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülmüşdür. Beynəlxalq hüquqda bu cür əməkdaşlıqların həyata keçirilməsi məqsədilə Anlaşma Memorandumlarının imzalanması təcrübəsindən istifadə olunur. Buna uyğun olaraq, 2010-cu ilin fevral ayında 22 ölkənin maliyyə kəşfiyyatı orqanı ilə Maliyyə Monitorinqi Xidməti arasında «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində məlumat mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu»nun imzalanması məqsədilə bu qurumlara məktublar göndərilib. Hazırda Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, San Marino, Estoniya və Moldova ilə Anlaşma Memorandumları layihələrinin razılaşdırılması üçün son tamamlanma işləri aparılır. Bunlarla bərabər, Türkiyə, Sloveniya və Gürcüstanın səlahiyyətli qurumları tərəfindən Anlaşma Memorandumlarının imzalanmasına dair razılıq Maliyyə Monitorinqi Xidmətinə bildirilmişdir.
|











