Banner
Banner
Banner
Banner
Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin 37-ci plenar iclası keçirilmişdir

Cari ilin 13-16 dekabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 37-ci plenar iclası keçirilmişdir.

Plenar iclasda digər məsələlərlə yanaşı Azərbaycan Respublikasının pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində ikinci tərəqqi hesabatı da müzakirə olunmuşdur. Nümayəndə heyəti tərəfindən Azərbaycan Respublikasının PL/TMM sahəsində son nailiyyətləri, o cümlədən qanunvericilik sahəsində aparılan islahatlar, institusional inkişaf, beynəlxalq əməkdaşlıq, mövcud qanunvericiliyin effektiv implementasiyası və digər aidiyyəti məsələlər barədə iclas iştirakçılarına məlumat verilmişdir. Azərbaycanın tərəqqi hesabatı üzrə qiymətləndirici ölkə kimi Polşanın, habelə digər ölkələrin nümayəndələri tərəfindən verilmiş çoxsaylı suallar nümayəndə heyəti tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.

Aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikasının PL/TMM sahəsində ikinci tərəqqi hesabatı MONEYVAL Komitəsi tərəfindən təsdiq olunmuş və Komitənin prosedur qaydalarına uyğun olaraq ölkəmizin növbəti tərəqqi hesabatının 2013-cü də təqdim olunması barədə qərara gəlinmişdir.