Biz kimik?Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə və «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə» ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən dövlət orqanıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində dövlət siyasətini həyata keçirir, bu sahədə nəzarət sistemini təkmilləşdirir və aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verir. FunksiyalarımızAzərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti:
MissiyamızMonitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasıdır. Strateji baxışımızCinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin etibarlı, şəffaf və təhlükəsiz sisteminin qurulması və bu sistemin dayanıqlı fəaliyyətinin təmin olunması. |











