Adışirin Firudin oğlu Qasımov
25 dekabr 1965-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 1991-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstititunu “Mühasibat uçotu - nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1983-cü ildən başlamışdır. 1984-cü ildən 1986-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankının Azərbaycan kontorunda iqtisadçı kimi fəaliyyətə başlayıb. 1989-cu ildən 1992-ci ilədək həmin Bankda və SSRİ Dövlət Bankının Azərbaycan İdarəsində iqtisadçı, böyük mühasib, hesab-ssuda və büdcə əməliyyatları şöbəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır. 1992-ci ildən Azərbaycan Respublikasının Milli Bankının Əməliyyat idarəsinin baş mühasibi vəzifəsinə təyin edilmiş, 1994-cü ilədək həmin vəzifədə işləmişdir. 1995-ci ilin may ayında Azərbaycan Respublikasının Milli Bankının Respublikadaxili hesablaşmaların təşkili departamentinin direktorunun müavini vəzifəsinə təyin edilmişdir. 1996-cı ilin yanvar ayından 2003-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının Milli Bankının Əməliyyat idarəsinin rəis müavini və Hesablaşmalar departamentinin direktor müavini vəzifəsində çalışmışdır. 2003-cü ilin iyul ayından 2009-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikasının Milli Bankının Hesablaşmalar, Bazar əməliyyatları, Daxili audit, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət və Nağd pul departamentlərinin direktoru vəzifəsində işləmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru vəzifəsinə təyin edilmişdir. Ailəlidir, iki övladı var. Anar Famil oğlu Salmanov
2000-ci ildə Bakı Dövlət Universitetini «Hüquqşünaslıq» ixtisası üzrə magistr dərəcəsilə fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin aspiranturasında elmi təhsilini davam etdirmiş və «Hüquqşünaslıq» ixtisası üzrə dissertasiyanı müdafiə etmişdir. 2008-ci ilin oktyabr ayında Avropa Şurasının Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) Təlim Proqramını bitirmiş və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ekspert–qiymətləndirici dərəcəsi almışdır. 2009-cu ilin sentyabr ayından Azərbaycan Bank Tədris Mərkəzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilik və beynəlxalq standartlara dair mühazirələr aparır. 2010-cu ilin sentyabr ayından etibarən Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlı Ekspertlər Assosiasiyasının (ACAMS) üzvüdür. 2011-ci ilin may ayında Avropa Şurasının Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) nümayəndə heyətinin tərkibində Latviya Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli sisteminin qiymətləndirilməsi missiyasında iştirak etmişdir. Əmək fəaliyyətinə 2003-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik və hüquqi təbliğat idarəsində aparıcı məsləhətçi vəzifəsi ilə başlamış, sonra həmin idarənin baş məsləhətçisi vəzifəsində işləmişdir. 2006-cı ilin oktyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2008-ci ilin mart ayından Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Pulların yuyulmasına qarşı fəaliyyət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 2009-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir. |












Azərbaycan Respublikası Mərkəzi Bankı yanında
Azərbaycan Respublikası Mərkəzi Bankı yanında