|
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə işə qəbul üçün müraciət edən hər bir namizədin peşə hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində və şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində işə qəbul üçün müraciət edən namizədlərə qarşı ümumi tələblər aşağıdakılardır:
- Azərbaycan Respublikasının vətəndaşı olmaq;
- Ali təhsil (ali təhsil tələb olunmayan vakansiyalar istisna olmaqla);
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli qanunvericiliyi bilmək;
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlar və tələblər haqqında ümumi məlumatın olması;
- Xarici dil bilikləri ( Beynəlxalq əməkdaşlıq şöbəsinə müraciət edən namizədlərin xarici dil biliklərinə olan tələb daha yüksəkdir );
- Kompüter bilikləri;
- Sənədlərlə işləmə bacarığı;
- Analitik düşünmə bacarığı;
Tələb edilən əlavə bacarıqlara komandada işləmə bacarığı, işin düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası, problemləri həll etmə bacarığı, təşəbbüskarlıq və novatorluq, vaxt təzyiqi altında işləmə bacarığı aiddir. Qeyd: Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində işə qəbul üçün müraciət edən namizədlərdən hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli olanlara və müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük verilir.
İşə qəbul qaydaları
|