Banner
Banner
Banner
Banner
Ana səhifə >> Monitorinq subyektləri >> Monitorinq iştirakçıları >> Qiymətli daşların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) əsasən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin müvafiq hüquq və vəzifələri mövcuddur.

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin aşağıdakı hüquqları mövcuddur:

  1. monitorinq olunmalı əməliyyatlar barədə məlumatları qanunun tələblərinə uyğun olaraq vicdanla maliyyə monitorinqi orqanına təqdim etdikdə, müvafiq əməliyyatlarla bağlı qanunla qorunan sirrin yayılmasına, eləcə də məlumatın yayılması nəticəsində dəymiş maddi və mənəvi ziyana görə məsuliyyətə cəlb oluna bilməzlər;
  2. Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmiş məlumatların müqabilində əldə edilmiş nəticələr haqqında məlumatlandırılma.

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin aşağıdakı vəzifələri mövcuddur:

  1. Müştəri və benefisiarın eyniləşdirilməsi və verifikasiyası;
  2. İşgüzar münasibətlərin məqsədi və mahiyyəti barədə məlumatın müştəridən əldə edilməsi və həmin məlumatların mütəmadi qaydada yeniləşdirilməsi;
  3. Yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərinin tətbiq edilməsi;
  4. Müştərinin və ya benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə dair tədbirlərin görülməsi;
  5. Bütün mürəkkəb, iri həcmli qeyri-adi, habelə açıq aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatları təyinatının və mahiyyətinin aydınlaşdırılması, bununla əlaqədar yazılı hesabatın tərtib olunması;
  6. Müvafiq sənədlərin ən azı beş il müddətində saxlanılması;
  7. Qanunla tələb olunduqda, daxili nəzarət sistemlərinin hazırlanması;
  8. Aşağıdakı əməliyyatlara və hallara dair məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi:
    1. 20000 manata bərabər və ya 20000 manatdan artıq  məbləğdə həyata keçirilən nağd əməliyyatlar;
    2. əməliyyatın məbləğindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların mövcud olması;
    3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla, məbləğindən asılı olmayaraq, hər hansı əməliyyatların həyata keçirilməsi;
    4. məbləğindən asılı olmayaraq, xarici dövlətlərin siyasi xadimlərinin bank hesablarından əməliyyatların həyata keçirilməsi;
    5. məbləğindən asılı olmayaraq, Azərbaycan Respublikasının yurisdiksiyasından kənardakı anonim hesabdan pul vəsaitlərinin daxil olması və ya Azərbaycan Respublikasının yurisdiksiyasından kənara anonim hesaba pul vəsaitlərinin köçürülməsi;
    6. əməliyyatın məbləğindən asılı olmayaraq, müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmamasının aşkarlanması;
    7. əməliyyatın məbləğindən asılı olmayaraq, müştərinin öz adından fəaliyyət göstərməməsi və ya üçüncü şəxsin adından çıxış etməsi barədə şübhə üçün kifayət qədər əsas yaranması;
    8. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada siyahısı təsdiq edilmiş şəxslərlə əməliyyatlar.