Banner
Banner
Banner
Banner
Ana səhifə >> Sanksiya tətbiq olunmalı şəxslər >> Birləşmiş siyahıdan çıxarılma

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli və 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli Qətnamələrinə uyğun olaraq müəyyən edilmiş barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıdan çıxarılması (De–Listing) üçün nümunəvi müraciət formaları və müvafiq əlaqə məlumatları

2010-cu ilin mart ayında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli Qətnaməsinə əsasən təsis edilmiş «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsi tərəfindən Birləşmiş Siyahıdan çıxarılmış fiziki və ya hüquqi şəxslərin adlarının öz internet səhifəsindən çıxarılmasına dair qərar qəbul edilmişdir.

«Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsinin qərarına əsasən, fiziki və ya hüquqi şəxslərin adları Birləşmiş Siyahıdan çıxarıldığı hallar daxil olmaqla, Birləşmiş Siyahıya hər hansı dəyişiklik edilən zaman Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının press–relizləri dərc edilir. Bu press–relizlər «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsinin http://www.un.org/sc/committees/1267/pressreleases.shtml internet səhifəsində yerləşdirilir.

Birləşmiş Siyahıdan çıxarılma üzrə prosedurlar «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsinin Təlimatlarının 7-ci bölməsində müəyyən olunur.

Birləşmiş Siyahıdan çıxarılma proseduru haqqında əsas məlumatlar «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsinin internet səhifəsində yerləşdirmiş Arayışda (Fact Sheet) qeyd olunur.

Birləşmiş Siyahıdan çıxarılmasına dair nümunəvi müraciət forması aşağıdakı istinad vasitəsilə əldə edilə bilər.
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1904 nömrəli Qətnaməsinə (2009) uyğun olaraq, Birləşmiş Siyahıdan çıxarılmasına dair müraciətlərə baxılmasında «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsinə yardım göstərmək məqsədilə Təhlükəsizlik Şurası tərəfindən xüsusi «Ombudsman İdarəsi» yaradılmışdır. «Ombudsman İdarəsi» ilə əlaqələr This e-mail address is being protected from spambots, you need JavaScript enabled to view it elektron poçt ünvanı vasitəsilə saxlanıla bilər.

İSTİNADLAR:

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1904 nömrəli Qətnaməsinə (2009) əsasən yaradılmış Ombudsman İdarəsinin rəhbəri

«Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsinin SCA/2/06(8) nömrəli Təqdimatında qeyd olunduğu kimi, vəfat etmiş (ləğv olunmuş) şəxslərin adlarının Birləşmiş Siyahıdan çıxarılmasına dair prosedurlar

Birləşmiş Siyahıdan çıxarılmasına dair nümunəvi müraciət forması