|
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli və 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli Qətnamələrinə uyğun olaraq müəyyən edilmiş barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıya daxil edilməsi (Listing) üçün nümunəvi müraciət formaları və izahedici qeydlər Birləşmiş Siyahı Əl–Qaida, Taliban və əlaqədar olan digər fiziki və ya hüquqi şəxslərə münasibətdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaların vacib şərtini təşkil edir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1904 nömrəli Qətnaməsi ilə (2009), Təhlükəsizlik Şurası bütün üzv–dövlətləri Birləşmiş Siyahını rəhbər tutmaq və yeniləmək işində fəal iştirak etməyə çağırır. Birləşmiş Siyahıya daxil etmə üzrə prosedurlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli Qətnaməsinə əsasən təsis edilmiş «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsinin Təlimatlarının 6-ci bölməsində müəyyən olunur. Birləşmiş Siyahıya daxil etmə proseduruna dair əsas məlumatlar «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsinin internet səhifəsində yerləşdirmiş Arayışda (Fact Sheet) qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1904 nömrəli Qətnaməsinin (2009) 13-cü bəndinə əsasən, Birləşmiş Siyahıya daxil edilməsi üçün adlar «Əl–Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsinə təklif edildikdə, nümunəvi müraciət formalarından istifadə edilməlidir. Nümunəvi müraciət formaları və onların doldurulmasına dair İzahedici Qeydlər aşağıdakı istinadlar vasitəsilə əldə edilə bilər. Nümunəvi müraciət formaları müvafiq olaraq fiziki və hüquqi şəxslərə münasibətdə tərtib olunub. Hər bir nümunəvi müraciət forması iki versiyada təklif olunur: çap oluna və əllə doldurula bilən sadə versiya (PDF formatında) və kompyüterə yüklənib elektron şəkildə doldurula bilən təkmil versiya (MS Word formatında). FİZİKİ ŞƏXSLƏR ÜÇÜN NÜMUNƏVİ MÜRACİƏT FORMALARI Fiziki şəxslərə dair nümunəvi müraciət forması (PDF formatında sadə versiya) Fiziki şəxslər üçün nümunəvi müraciət forması (MS Word formatında təkmil versiya) HÜQUQİ ŞƏXSLƏR ÜÇÜN NÜMUNƏVİ MÜRACİƏT FORMALARI Hüquqi şəxslər üçün nümunəvi müraciət forması (PDF formatında sadə versiya) Hüquqi şəxslər üçün nümunəvi müraciət forması (MS Word formatında təkmil versiya)
|











