Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Maliyyə Monitorinqi Xidməti arasında əməkdaşlıq bir neçə istiqamətdədir.İlk növbədə, Ədliyyə Nazirliyi normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparan mərkəzi icra hakimiyyəti orqanıdır. Buna uyğun olaraq Maliyyə Monitorinqi Xidmətinin PL/TMM sahəsində milli qanunvericiliyin formalaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı fəaliyyətində Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq edilir.

Eyni zamanda, Ədliyyə Nazirliyi öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatları və notariuslar tərəfindən PL/TMM üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən dövlət orqanıdır. Bu funksiyasına uyğun olaraq Ədliyyə Nazirliyi vasitəsilə Nazirliyin nəzarət orqanı olduğu monitorinq iştirakçılarına şübhəli əməliyyatlarla bağlı xüsusi indikatorlar, məsul şəxslərə olan tələblər, daxili nəzarət sistemləri, məlumatların monitorinq orqanına təqdim edilməsi ilə bağlı müvafiq normativ və metodoloji sənədlər təqdim edilmişdir.

Bununla yanaşı, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birlikdə Maliyyə Monitorinqi Xidməti tərəfindən müvafiq monitorinq iştirakçılarına, habelə hakimlərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təlim və seminarlar keçirilmişdir.