Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərin icrası üzrə banklarla görüş keçirilmişdir

14 sentyabr 2016-cı il

 

Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycanda fəaliyyət göstərən bankların rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş keçirilmişdir.

Görüşdə «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hesabatlığın təmin edilməsi, bu sahədə tətbiq edilən daxili nəzarət sistemlərinin daha da təkmilləşdirilməsi, komplayens departamentlərinin fəaliyyətinin effektivliyinin artırılması və digər əlaqədar məsələlər barədə müzakirələr aparılmışdır.

Görüşdə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları tərəfindən illər üzrə hesabatlıq statistikası, məlumatların keyfiyyəti barədə təfərrüatlı məlumat və banklarla qarşılıqlı əməkdaşlığa dair məsələlər diqqətə çatdırılmış, bu sahədə bankların müvafiq bölmələrinin işinin təşkili və daxili nəzarət sisteminin tətbiqinə dair tövsiyələr verilmişdir.

 

Media orqanları əlavə məlumat almaq üçün press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.