Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Əməkdaşlıq etməyən dövlətlərin siyahısında dəyişiklik baş vermişdir

19 July 2017

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 13 iyul  2017-ci il tarixli əmri ilə «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısı»na müvafiq dəyişiklik edilmişdir. Belə ki, FATF-ın son plenar iclasında qəbul edilmiş 23 iyun 2017-ci il tarixli İctimai Bəyanatına əsasən, İran İslam Respublikası ilə bağlı təsir tədbirlərinin tətbiqinin qeyri-müəyyən müddətə dayandırılması ilə əlaqədar olaraq siyahıya dəyişiklik edilmişdir.

Monitorinq subyektləri siyahıda müəyyən edilmiş dövlətlərlə açıq–aşkar iqtisadi və ya qanuni məqsədi olmayan pul vəsaitləri və ya digər əmlakla əməliyyatların məqsədini və mahiyyətini aydınlaşdırmalı, həmin dövlətlərlə aparılan əməliyyatlar barədə maliyyə monitorinqi orqanını dərhal məlumatlandırmalıdır. «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısı»nın yeni redaksiyası Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet saytında yerləşdirilmişdir (http://www.fiu.az/aze/wp-content/uploads/2017/07/Qara-Siyahi-Sayt.pdf).