Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi





Banklarının məsul şəxsləri və əməkdaşları üçün təlimlər keçirilmişdir

21 iyun 2019

Cari ilin 18-21 iyun tarixlərində Maliyyə Monitorinqi Xidməti tərəfindən 2019-cu il üzrə Təlim Planına uyğun olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya banklarının məsul şəxsləri və əməkdaşları üçün “PL/TMM-ə dair milli və dünya təcrübəsində olan tipologiyalar”, “PL/TMM üzrə qanunvericiliyin yeni tələbləri” və “Daxili nəzarət sistemi və ona dair tələblər” mövzularında təlimlər keçirilmişdir.

IMG_1697-min

Təlimlərdə elektron pul kisələri vasitəsilə narkotik vasitələrin satışından əldə edilmiş vəsaitlərin leqallaşdırılması və dövlət vəsaitlərinin mənimsənilməsi nəticəsində əldə edilmiş gəlirlərin leqallaşdırılması üzrə tipoloji sxemlər, qanunvericilikdə olan yeniliklər və onların bankların öhdəliklərinə təsiri, daxili nəzarət sistemi, onun struktur elementləri, tətbiqi əsasları, bu sahədə mövcud problemlər və onların həllli yolları kimi məsələlər əhatə olunmuşdur.

Təlimlərin məqsədi  yüksək riskli müştərilərin və məhsulların müəyyən edilməsi, müvafiq sahədə risklərin idarə edilməsi siyasətinin təkmilləşdirilməsi, şübhəli əməliyyatların düzgün müəyyən edilməsi, Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən şübhəli əməliyyatlar barədə məlumatların keyfiyyətinin yüksəldilməsi, habelə daxili nəzarət sistemlərinin effektiv və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyətin təmin edilməsi üzrə bankların potensiallarını gücləndirmək və onları narkotik satışı, habelə dövlət vəsaitlərinin mənimsənilməsi nəticəsində əldə edilmiş gəlirlərin leqallaşdırılması zamanı daha çox istifadə olunan mexanizmlər, alətlər və indikatorlarla tanış etmək olmuşdur.

Ümumilikdə 4 tədris günü ərzində təlimlərdə təqribən 30 nəfər iştirak etmişdir.