Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin qarşısına qoyduğu ictimai maarifləndirmə siyasəti çərçivəsində hər il olduğu kimi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) baxımından aktual mövzulara həsr olunan növbəti informasiya bülleteni dərc edilmişdir. Yeni bülletenin mövzusu kimi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə risk-əsaslı yanaşma” seçilmişdir.

Qeyd etmək lazımdır ki, sözügedən mövzunun aktuallığı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) Tövsiyələrinə 2012-ci ildə edilmiş dəyişikliklər nəticəsində  «Risklərin qiymətləndirilməsi və risk-əsaslı yanaşmanın tətbiqi» adlı yeni Tövsiyənin qəbul edilməsindən sonra PL/TMM sahəsində risk-əsaslı yanaşmanın tətbiqinin tələb kimi qoyulması ilə şərtləndirilir.

İnformasiya bülletenində risk-əsaslı yanaşma və FATF tövsiyələri, monitorinq iştirakçılarında PL/TM risklərinin sağlam idarəedilməsi sistemi, PL/TMM üzrə risk-əsaslı nəzarət, milli risk qiymətləndirilməsi və Azərbaycan Respublikasında PL/TMM sahəsində milli risk qiymətləndirilməsi kimi məsələlər əhatə edilir.

Bülletenlə bu link vasitəsi ilə tanış olmaq olar: http://www.fiu.az/aze/melumat-bulleteni