Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları üçün “Agile: Layihələrin idarə edilməsində çevik yanaşma” mövzusunda təlim keçirilib

Cari ilin 27 dekabr tarixində Maliyyə Monitorinqi Xidmətinin (Xidmət) əməkdaşları üçün “Agile: Layihələrin idarə edilməsində çevik yanaşma” mövzusunda təlim keçirilib. Sözügedən təlimdə Xidmətin 12 nəfər rəhbər vəzifələrini tutan əməkdaşı iştirak edib.

Xidmət əməkdaşlarının müvafiq sahədə bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim zamanı layihələrin idarə edilməsindəki mövcud yanaşmalar,  onların üstünlükləri, mənfi cəhətləri  və məhdudiyyətləri kimi məsələlər müzakirə edilib,  habelə Skramın (Scrum) mahiyyəti, əsas anlayışları və Skram hadisələri və digər aidiyyatı mövzulara toxunulub.

Sonda mövzu üzrə fikir mübadiləsi aparılıb və təlimçi iştirakçıların suallarınını cavablandırıb.