Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisi (UNODC) ilə birgə seminar təşkil edildi

27 oktyabr 2017-ci il

Cari ilin 24–27 oktyabr tarixlərində UNODC-nin təşkilatçılığı ilə Bakı şəhərində «Pul köçürmə xidmətlərindən cinayət məqsədləri üçün sui-istifadə risklərinin minimallaşdırılması» mövzusunda seminar keçirilmişdir. UNODC ekspertləri tərəfindən hazırlanmış bu seminar ilk dəfə olaraq Azərbaycan Respublikasında təşkil edildi.

Seminarda Azərbaycan Respublikasında fəaliyyət göstərən 10 aparıcı bankın pul köçürmələri və PL/TMM sahəsi üzrə məsul şəxsləri, habelə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti, Strateji Xidmətlər Departamenti, Bank Fəaliyyətinə Nəzarət Departamenti və Maliyyə Bazarlarına Nəzarət Departamentinin ekspertləri iştirak etdilər. Doqquz moduldan ibarət olan seminarda pul köçürmə xidmətləri və operatorları, bu xidmətlərin PL/TM riskləri və zəiflikləri, daxili nəzarət sistemi, müştərinin eyniləşdirilməsi və verifikasiyası, «Müştərini Tanı» siyasəti, dələduzluq hallarına qarşı mübarizə və pul köçürmə xidmətlərinin operatorları ilə səlahiyyətli dövlət orqanları arasında əməkdaşlıq kimi mövzular ətrafında geniş müzakirələr aparılmış, interaktiv çalışmalar təşkil edildi. Seminarın sonunda iştirakçılara UNODC-nin sertifikatları təqdim olundu.

Qeyd edilməlidir ki, seminarın keçirilməsi Maliyyə Monitorinqi Xidmətinin qarşısına qoyduğu mühüm məqsədlərdən biri olan bankların PL/TMM sahəsində institusional potensialının yüksəldilməsinə xidmət edir.

Xatırlatmaq istərdik ki, UNODC və Maliyyə Monitorinqi Xidməti arasında qarşılıqlı əməkdaşlıq əlaqələri 2010-cu ildən etibarən formalaşmışdır. Bu əməkdaşlıq çərçivəsində UNODC ilə birgə Bakı şəhərində PL/TMM sahəsində seminar keçirilmiş, UNODC tərəfindən təşkil edilmiş bir sıra təlim və seminarlarda Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları təmsil olunmuşlar. Bununla bərabər, Maliyyə Monitorinqi Xidməti öz təhlil funksiyasının yerinə yetirilməsi məqsədilə UNODC tərəfindən hazırlanmış «goAML» analitik proqram təminatını əldə edərək 2012-ci ildən etibarən implementasiya etməyə başlamışdır.