Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Nəzarət orqanlarının əməkdaşları üçün təlimlər keçirilmişdir

28 iyun 2019

Cari ilin 28 iyun tarixində Maliyyə Monitorinqi Xidmətinin 2019-cu il üzrə Təlim Planı çərçivəsində PL/TMM üzrə nəzarət orqanlarının əməkdaşları üçün “Daxili nəzarət sistemi və ona dair tələblər” mövzusunda təlim keçirilmişdir.

Təlimdə daxili nəzarət sistemi, onun struktur elementləri, tətbiqi əsasları və nəzarət aspektləri, bu sahədə mövcud problemlər və onların həlli yolları kimi məsələlərə toxunulmuşdur.

Təlimin məqsədi  daxili nəzarət sistemlərinin effektiv və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyətin təmin edilməsinə nəzarət üzrə müvafiq nəzarət orqanlarının potensiallarını gücləndirməkdən ibarət olmuşdur.

Bu təlimdə müvafiq nəzarət orqanlarının 15 əməkdaşı iştirak etmişdir.

IMG_2000