Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




PL/TMM üzrə Lüksemburqun Təlim Mərkəzi ilə birgə tədbir keçirilib

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) Lüksemburq Böyük Hersoqluğunun Təlim Mərkəzi (ATTF) ilə birlikdə 21-28 sentyabr tarixlərini əhatə edən “Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə” (PL/TMM) üzrə video-konfrans formatında təlimə başlayıb. Təlimin məqsədi PL/TMM əsaslarını öyrənmək, PL/TMM riskini azaltmaq üçün beynəlxalq təşkilatlar haqqında məlumatlılığın artırılması, müştərilərin sadələşdirilmiş və gücləndirilmiş identifikasiya və verifikasiya sisteminin məzmununun başa düşülməsini təmin etməkdir.

PL/TMM üzrə ekspert cənab Enrike Dominqez tərəfindən aparılan təlimdə MMX, Azərbaycan Respublikasının Mərkəzi Bankı, digər nəzarət orqanları, habelə ölkədə fəaliyyət göstərən kommersiya bankları və maliyyə qurumlarının əməkdaşları ilə birlikdə 22 nəfər iştirak edir.

1990-cı ildən bəri fəaliyyət göstərən ATTF beynəlxalq səviyyədə bank, maliyyə bazarları və digər sahəvi sektorlara aid seminarların təşkili üzrə zəngin təcrübəyə malikdir.