Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Maliyyə Monitorinqi Xidməti monitorinq iştirakçıları üçün növbəti təlim təşkil etmişdir

29 noyabr 2019

Cari ilin 29 noyabr tarixində Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə monitorinq iştirakçılarının əməkdaşları üçün “PL/TMM sahəsində şübhəli əməliyyatların aşkarlanması meyarları və tipologiyalar”, habelə “PL/TMM sahəsində risk əsaslı yanaşmanın tətbiqi – Daxili risk qiymətləndirilməsi” mövzuları üzrə təlim keçirilmişdir.

Təlimdə PL/TMM sahəsində istifadə olunan alətlər və xidmətlər, əməliyyatların monitorinqi və indikatorlar, müəssisənin profilinə uyğun risk meyarlarının müəyyən olunması, proqram təminatına dair komplayens tələbləri, nəzarət mexanizminin zəif olduğu ölkələr/regionlar və  digər əhəmiyyətli məsələlərə toxunulmuşdur.

Təlimlərin məqsədi şübhəli əməliyyatların aşkarlanması və risk əsaslı yanaşmanın tətbiqi üzrə monitorinq iştirakçılarının potensialını gücləndirməkdən ibarət olmuşdur.

Təlimə 31 nəfər iştirakçı qatılmışdır.

IMG_4295 IMG_4299