Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




“Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri, bu sahədə risk əsaslı yanaşmanın tətbiqi” mövzusunda onlayn təlim keçirilib

23 dekabr 2020-ci il

Ədliyyə Nazirliyinin təşəbbüsi, Maliyyə Monitorinqi Xidmətinin dəstəyi, Açıq Hökumət Milli Platformasının və ABŞ İnkişaf Agentliyinin Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsinin (ECSOFT) texniki dəstəyi ilə qeyri-hökumət təşkilatları (QHT) üçün “Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri, bu sahədə risk əsaslı yanaşmanın tətbiqi” adlı onlayn təlim keçirilib. Tədbirdə Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Azər Abbasov təqdimatla çıxış edib. A. Abbasov çıxışında risk analizinin həyata keçirilmə şərtləri barəsində iştirakçılara məlumat verib, həmçinin nəticə yönümlü maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib. Tədbirin məqsədi QHT-ləri çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə dair ölkə qanunvericiliyinin tələbləri ilə tanış etmək, QHT-lərə bu sahədə öhdəliklərini izah etmək, risk əsaslı yanaşmanın tətbiqindən irəli gələn praktik məsələləri müzakirə etmək idi. Tədbirin sonunda iştirakçıların mövzu üzrə sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirlərdə Bakı, Sumqayıt, Gəncə, Quba, Şirvan, Qəbələ, Şəmkir, Şəki və digər şəhərlərdə fəaliyyət göstərən 30 QHT iştirak etmişdir.