Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Nəzarət orqanlarının əməkdaşları üçün təlim keçirilib

2 mart 2021-ci il

Azərbaycan üçün keçiriləcək V raund MONEYVAL qiymətləndirilməsinə hazırlıq çərçivəsində Maliyyə Monitorinqi Xidməti  2021-ci ilin 2 mart tarixində nəzarət orqanlarının əməkdaşlarının sahə üzrə biliklərini artırmaq məqsədilə video konfrans formatında təlim-seminar keçirib.

Seminarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin (bundan sonra – PL/TMM) səmərəliliyinin artırılması məqsədilə Azərbaycanda PL/TM risklərinin başa düşülməsi: milli risk qiymətləndirilməsinin əsas prinsipləri, PL/TMM üzrə risk əsaslı yanaşma, QHT sektorundan terrorçuluğun maliyyələşdirilməsi üçün sui-istifadə riski və digər əhəmiyyətli mövzular müzakirə olunub.

Təlim zamanı, həmçinin monitorinq subyektlərinə nəzarət və tənzimlənmə, hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçilik, kütləvi qırğın silahlarının yayılmasına qarşı hədəflənmiş maliyyə sanksiyaları və PL/TMM çərçivəsində beynəlxalq əməkdaşlıq barəsində iştirakçılara ətraflı məlumat verilib. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.