Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Nəzarət orqanlarının əməkdaşları üçün təlimlər keçirilmişdir

31 iyul 2019

Cari ilin 30-31 iyun tarixlərində Maliyyə Monitorinqi Xidmətinin 2019-cu il üzrə Təlim Planı çərçivəsində PL/TMM üzrə nəzarət orqanlarının əməkdaşları üçün “Benefisiar mülkiyyətçi və onun müəyyənləşdirilməsi əsasları” və “Risk əsaslı nəzarət tədbirləri” mövzularında təlimlər keçirilmişdir.

Təlimlərdə benefisiar mülkiyyətçinin müəyyən edilməsinin əsasları, monitorinq subyektləri tərəfindən benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası tədbirlərinə nəzarət mexanizmləri, risk-əsaslı yanaşma və risk qiymətləndirilməsi, risk-əsaslı nəzarət tədbirləri kimi məsələlərə toxunulmuşdur.

Təlimlərin məqsədi  benefisiar mülkiyyətçinin müəyyən edilməsi və risk-əsaslı yanaşma üzrə müvafiq nəzarət orqanlarının potensiallarını gücləndirməkdən ibarət olmuşdur.

İki tədris günü ərzində təlimlərdə müvafiq nəzarət orqanlarının 10 əməkdaşı iştirak etmişdir.

IMG_2887