Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




“Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda keçirilmiş Beynəlxalq Elmi-Praktik Konfransda MMX-nın nümayəndəsi çıxış edib

16 sentyabr 2021-ci il

Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyi münasibəti ilə 16 sentyabr 2021-ci il tarixində Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə 12 ölkənin müvafiq audit və mühasibatlıq qurumlarını, beynəlxalq peşəkar təşkilatları, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi-informasiya vasitələrini, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən 30-dan çox qurumdan 60-a yaxın nümayəndə iştirak edib. Konfransda son dövrlərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, yenidənqurma, eyni zamanda audit və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyəti müzakirə olunub.

Konfransda Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev “Mühasibatlıq və auditor xidmətləri göstərən şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə rolu” mövzusunda çıxış edərək konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıb.