Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Məlum olduğu kimi, audit fəaliyyəti maliyyə sistemində şəffaflığın təmin olunması üçün mühüm əhəmiyyət kəsb edən vasitələrdəndir. Bununla da audit xidməti göstərən şirkətlər və müstəqil auditorlar PL/TM-lə mübarizənin iştirakçıları kimi çıxış edirlər.Azərbaycan Respublikasının Auditorlar Palatası öz səlahiyyətləri daxilində auditor xidməti göstərən şəxslər tərəfindən PL/TMM üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən müvafiq orqandır.

Auditorlar Palatası ilə Maliyyə Monitorinqi Xidməti arasında müvafiq əməkdaşlıq əlaqələri formalaşdırılmışdır. Belə ki, 2010-cu ilin aprel ayında Auditorlar Palatası ilə Maliyyə Monitorinqi Xidməti arasında PL/TMM sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumuna əsasən monitorinq iştirakçıları tərəfindən PL/TMM üzrə qanunvericiliyin tələblərinə əməl edilməməsi faktları və bunların aradan qaldırılması istiqamətində görülən tədbirlərlə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Bununla bərabər, Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatası PL/TMM-lə bağlı tədqiqatların aparılması, metodiki materialların hazırlanması, normativ hüquqi aktların layihələrinin hazırlanması, elmi-praktiki konfransların, seminarların və təlimlərin təşkilində əməkdaşlıq edilir.