Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Auditorlar Palatasında dəyirmi masada iştirak edilmişdir

28 iyun 2016-cı il

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı cari ilin 28 iyun tarixində Auditorlar Palatası tərəfindən təşkil edilmiş “Korrupsiyaya qarşı mübarizədə auditin təşkili üzrə Metodik Göstəriş” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun auditor təşkilatları və sərbəst auditorlar tərəfindən tətbiqinə dair Metodiki Göstərişin müzakirəsinə həsr olunmuş dəyirmi masada iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyası, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası və digər dövlət orqanlarının, Avropa Şurasının Azərbaycan Respublikasında ofisinin, habelə bir sıra QHT-lərin nümayəndələri iştirak etmişdilər.

Maliyyə Monitorinqi Xidməti qanunun auditor təşkilatları və sərbəst auditorlar tərəfindən tətbiqinə dair Metodiki Göstərişin hazırlanmasında Auditorlar Palatasına dəstək göstərmişdir.