Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Avropa Şurası MONEYVAL Komitəsinin təlim seminarında iştirak edilmişdir

04 iyun 2016-cı il

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı 30 may – 03 iyun tarixlərində İsrail Dövlətinin Qüds şəhərində Avropa Şurası MONEYVAL Komitəsinin V raund qarşılıqlı qiymətləndirməsi üzrə təlim seminarında iştirak etmişdir.

Seminarda FATF-ın 2012-ci ildə qəbul etdiyi 40 Tövsiyəsi və 2013-cü ildə dərc edilmiş Metodologiyası, beynəlxalq konvensiyaların implementasiyası, habelə MONEYVAL Komitəsinin Prosedur Qaydalarının ölkələrin qarşılıqlı qiymətləndirmələri zamanı tətbiqi məsələləri əhatə edilmişdir.

Təlim kursunun nəticəsi olaraq Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı qiymətləndirici-ekspert sertifikatı ilə təltif edilmişdir. Qeyd edirik ki, bu təlim kursunda iştirak etmiş şəxslər növbəti 3 il ərzində MONEYVAL Komitəsinin V raund qarşılıqlı qiymətləndirmələrinə ekspert kimi dəvət edilə bilərlər.