Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin 50-ci plenar iclası keçirilmişdir

16 aprel 2016-cı il

Cari ilin 12-15 aprel tarixlərində Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 50-ci plenar iclası keçirilmişdir. Plenar iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycan Respublikasının nümayəndə heyəti də iştirak etmişdir.

Plenar iclasda Serbiya Respublikasının V mərhələ qarşılıqlı qiymətləndirmə hesabatı, bir sıra dövlətlərin tərəqqi hesabatları (Çexiya, Litva, Xorvatiya, Moldova, Rumıniya, Keçmiş Yuqoslaviya Makedoniya Respublikası, Slovakiya), habelə 1-ci mərhələ «xüsusi monitorinq rejimi» hesabatları (Monteneqro, Polşa), habelə MONEYVAL tərəfindən aparılan qiymətləndirmələrin yenilənmiş prosedur qaydaları  müzakirə olundu.

Bundan əlavə, FATF-ın təşəbbüsü ilə 50-ci plenar iclasda terrorçuluğun maliyyələşdirilməsinə dair xüsusi sessiya keçirilmişdir. Sessiyada son vaxtlar bəzi dövlətlərdə törədilən silsilə terror aktlar, terrorçuluq riskinin Avropa miqyasında təhlükəli həddə qalxmasında terrorçuluğun maliyyələşdirilməsi probleminin kəskinliyi və aktuallığı müzakirə mövzusu olmuşdur.