Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin sponsor dəstəyi ilə Monteneqro maliyyə monitorinqi orqanı Eqmont Qrupuna üzv olmuşdur

4 noyabr 2020-ci il

Azərbaycan qlobal arenada mövqeyinin və nüfuzunun möhkəmləndirilməsi istiqamətində beynəlxalq təşkilatlar və digər ölkələrlə əməkdaşlığını davam etdirir. Dünyanın Maliyyə Monitorinqi Orqanlarının (MMO) ixtisaslaşmış beynəlxalq təşkilatı olan Eqmont Qrupuna üzvlüyü çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) sponsorluq etdiyi Monteneqronun MMO-su olan Çirkli Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə Departamentinin Eqmont Qrupuna üzvlüyə qəbul olunma prosesi uğurla yekunlaşaraq 3 noyabr tarixində Monteneqro MMO-sunun sözügedən quruma tamhüquqlu üzv seçilməsi ilə nəticələnmişdir.

Belə ki, bu proses çərçivəsində Monteneqro MMO-sunun üzvlük müraciəti MMX-nin dəstəyi ilə hazırlanaraq müvafiq səyyar yoxlaması üzrə hesabatla birgə Eqmont Qrupunun Üzvlük, Dəstək və Uyğunluq İşçi Alt-Qrupuna təqdim edilmiş,qiymətləndirmə və müzakirələr əsasında Eqmont Qrupunun ali idarəetmə orqanı olan MMO Rəhbərləri Şurasına müsbət rəylə təqdim edilmişdir. MMO Rəhbərləri Şurası, öz növbəsində, bu rəyi qəbul edərək Monteneqro MMO-sunun üzvlüyünü təsdiq etmişdir.

Xatırladaq ki, MMO-lar arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış, baş qərargahı Kanadanın Ottava şəhərində yerləşən Eqmont Qrupu cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə 166 ölkənin üzv olduğu vahid təşkilatdır. MMO-ların PL/TMM üzrə milli və beynəlxalq təşəbbüsləri dəstəkləməsi bu təşkilatı xüsusilə aktuallaşdırır, habelə PL/TMM üzrə dünya standartlarına uyğun olaraq, beynəlxalq səviyyədə məlumat mübadiləsi aparmaq üçün etibarlı platformaya çevirir. Azərbaycan Eqmont Qrupunun 2011-ci ilin 11-15 iyul tarixlərində keçirilmiş 19-cu plenar iclasında qəbul edilmiş qərarla bu təşkilatın tamhüquqlu üzvü seçilib.

Вы можете оставить комментарий, или ссылку на Ваш сайт.

Оставить комментарий