Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli şəkildə aparılan mübarizə tədbirləri çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi PL/TMM sahəsində birbaşa iştirak edən hüquq-mühafizə orqanıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına dair cinayət işləri üzrə ibtidai istintaq prokurorluq orqanları tərəfindən aparılır.2010-cu ilin fevral ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Maliyyə Monitorinqi Xidməti arasında PL/TMM sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Bununla da, PL/TM-lə mübarizədə məsul olan prokurorluq orqanı kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müəyyən edilmişdir.

PL/TMM sahəsində qanunvericiliyə və qeyd edilən Anlaşma Memorandumuna əsasən iki qurum arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması faktları və bu faktların araşdırılması ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Bunlarla bərabər, Maliyyə Monitorinqi Xidmətinin və Baş Prokurorluğun Elmi–Tədris Mərkəzinin birgə hazırladıqları Tədris Proqramına əsasən, Baş Prokurorluğun əməkdaşları üçün cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına dair cinayət işləri üzrə ibtidai istintaqın xüsusiyyətləri ilə əlaqədar təlimlər keçirilir.