Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində milli təşəbbüslərin beynəlxalq təşkilatların və digər dövlətlərin təşəbbüsləri ilə əlaqələndirilməsi zəruridir. Bu baxımdan, PL/TMM sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətlərə Maliyyə Monitorinqi Xidməti tərəfindən böyük önəm verilir.

Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında effektiv PL/TMM sisteminin formalaşdırılması və bu sahədə ölkənin beynəlxalq imicinin davamlı olaraq yüksəldilməsi məqsədilə çoxtərəfli və ikitərəfli əməkdaşlığın daim genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq

Maliyyə Monitorinqi Xidmətinin çoxtərəfli əməkdaşlıq əlaqələrini iki istiqamətə ayırmaq olar:

i) PL/TMM sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlara əməkdaşlıq – hazırda Maliyyə Monitorinqi Xidməti bu qrupdan olan aşağıdakı ixtisaslaşmış təşkilatlarla əməkdaşlıq edir:

 

ii) PL/TMM-ə dəstək verən beynəlxalq təşkilatlara əməkdaşlıq – hazırda Maliyyə Monitorinqi Xidməti bu qrupdan olan aşağıdakı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir:

İkitərəfli əməkdaşlıq

Azərbaycan Respublikasının PL/TMM sahəsində ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülmüşdür. Beynəlxalq hüquqda PL/TMM sahəsində məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə Anlaşma Memorandumlarının və ya Sazişlərin imzalanması təcrübəsindən istifadə olunur.

Bu günədək Maliyyə Monitorinqi Xidməti ilə Moldova, Belarus, Türkiyə, Makedoniya, Rusiya və İranın maliyyə monitorinqi orqanları arasında Anlaşma Memorandumları və Sazişlər imzalanmışdır. Bununla bərabər, bir sıra dövlətlərin müvafiq səlahiyyətli qurumları Maliyyə Monitorinqi Xidməti ilə PL/TMM sahəsində əməkdaşlıq sazişlərinin imzalanması təşəbbüsü çıxış etmişlər