Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində təlim keçirilmişdir

20 sentyabr 2016-cı il

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti tərəfindən ölkəmizdə fəaliyyət göstərən bankların və «Azərpoçt» MMC-nin (bundan sonra – monitorinq subyektləri) əməkdaşları üçün cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda təlim keçirilmişdir.
Təlimdə ötən dövr ərzində monitorinq subyektləri tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmuş hesabatların sayı və keyfiyyəti, pulların yuyulması üzrə aşkarlanmış yeni tipologiyalar, şübhəli əməliyyatlar barədə «ideal hesabat» növü, şübhəlilik meyarları və monitorinq subyektlərinin strukturları çərçivəsində komplayens departamentlərinin işinin təşkili mövzusunda təqdimatlar keçirilmişdir.
Tədbir zamanı Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları ilə yanaşı, bir sıra bankların komplayens departamentlərinin əməkdaşları tərəfindən də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsi üzrə təcrübə mübadiləsi aparılmışdır.

Daha sonra məhsuldar müzakirələr davam etdirilmiş, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və tövsiyələr verilmişdir.
Media orqanları əlavə məlumat almaq üçün press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.