Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




«Çirkli pulların yuyulması cinayətlərinin istintaqı sahəsində qabaqcıl təcrübələr və çətinliklər» mövzusunda seminarda iştirak edilmişdir

17 May 2016

16 may tarixində Avropa Şurasının Azərbaycan Respublikasında nümayəndəliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı ilə Avropa Şurasının «Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması» layihəsi çərçivəsində seminar təşkil edilmişdir.
«Çirkli pulların yuyulması cinayətlərinin istintaqı sahəsində qabaqcıl təcrübələr və çətinliklər» mövzusuna həsr edilmiş seminara Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları da qatılmışlar. Seminarda pulların leqallaşdırılması əməli, beynəlxalq standartlar, qurumlararası əməkdaşlıq, beynəlxalq əməkdaşlıqda qarşıya çıxan çətinliklər, habelə praktiki nümunələr müzakirə edilmişdir.
Avropa Şurasının 2018-ci ilədək davam edəcək «Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması» layihəsində Azərbaycan Respublikası tərəfindən tərəfdaş təşkilatlar olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti, Auditorlar Palatası, Təhsil Nazirliyi, Gömrük Akademiyası, Ədliyyə Akademiyası və Polis Akademiyası çıxış edirlər. Layihə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanlarının potensialının gücləndirilməsi və Azərbaycan Respublikasına bu sahədə gələcək prioritetlərinin müəyyən edilməsində dəstək göstərilməsi məqsədi daşıyır.