Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən dini təşkilatlar tərəfindən PL/TMM üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində fəaliyyət göstərən bütün dini təşkilatlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirlər və bununla da qanuni status əldə etmiş olurlar.

Dini təşkilatların PL/TMM qanunvericiliyi üzrə məlumatlandırılması məqsədilə bu sahədə qəbul edilmiş normativ və metodoloji xarakterli sənədlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vasitəsilə bu təşkilatlara təqdim edilmişdir.

2010-cu ilin aprel ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Maliyyə Monitorinqi Xidməti arasında PL/TMM sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Bu Anlaşma Memorandumunda PL/TMM sahəsində əməkdaşlığın bütün istiqamətləri ilə bağlı hər iki qurumun öhdəlikləri müəyyən edilmişdir.