Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mövcud qanunvericiliyə əsasən PL/TM-lə mübarizədə iştirak edən dövlət orqanlarından biridir. Belə ki, cinayət mənşəli və ya terrorizmin maliyyələşdirilməsi məqsədi daşıyan maliyyə vəsaitlərinin hərəkəti yalnız maliyyə sistemləri vasitəsilə deyil, həm də qaçaqmalçılıq yolu ilə həyata keçirilə bilər. Buna görə də gömrük sərhədində müvafiq nəzarət sisteminin formalaşdırılması PL/TM-lə mübarizənin mühüm vasitələrindən biri kimi çıxış edir.Qeyd edilənlərə əsasən PL/TMM sahəsində əməkdaşlıq etməyən ölkələrlə (ərazilərlə) bu və ya digər bağlılığı olan şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan ərazisinə gətirilməsi və ya Azərbaycan ərazisindən çıxarılması ilə bağlı Dövlət Gömrük Komitəsi ilə Maliyyə Monitorinqi Xidməti arasında məlumat mübadiləsi sistemi formalaşdırılmışdır. Bu məlumat mübadiləsi sistemi «Valyuta tənzimi haqqında» Qanunla nəzərdə tutulmuş qaydada Azərbaycanın gömrük sərhədindən keçirilən valyuta sərvətləri barədə məlumatları da əhatə edir.

Dövlət Gömrük Komitəsi ilə Maliyyə Monitorinqi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində PL/TMM-nin müvafiq məsələləri ilə bağlı seminar və təlimlər keçirilir.