Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının IV monitorinq raundu üzrə görüşlərdə iştirak edilmişdir

21 iyun 2016-cı il

2016-cı ilin 20-21 iyun tarixlərində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə və Sahibkarlıq Məsələləri İdarəsinin Korrupsiyaya qarşı Mübarizə bölməsinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində Korrupsiyaya qarşı Mübarizə Şəbəkəsi tərəfindən Azərbaycanda Korrupsiyaya qarşı Mübarizənin IV Raund Qiymətləndirilməsi səfəri çərçivəsində müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlər təşkil edilmişdir.

Maliyyə Monitorinqi Xidmətinin 5 əməkdaşı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının IV Monitorinq Raundu üzrə görüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin PL/TMM aspektləri, bu sahədə görülmüş tədbirlər, Milli Risk Qiymətləndirilməsi layihəsi, sahibkarlıq sahəsində aparılan yoxlamalar, benefisiar mülkiyyətçinin müəyyən edilməsi, biznesdə dürüstlük məsələləri, risk əsaslı biznes dürüstlüyü siyasətinin özəl sektorda tətbiqi, dövlət mülkiyyətli, kiçik və orta müəssisələrdə korrupsiyaya qarşı mübarizə, lisenziyaların, ictimai xidmətlərin sadələşdirilməsi, korrupsiya barədə məlumat vermə kanalları, korporativ idarəetmə və digər məsələlər müzakirə olunmuş və xarici ekspertlərin sualları cavablandırılmışdır.