Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Korporativ Elektron Poçtuna Müdaxilə (KEM) üzrə Məlumatlandırma Kampaniyası davam edir

 

“Korporativ Elektron Poçtun Mənimsənilməsi” (KEM) (Business Email Compromise (BEC)) adlı cinayətkarlıq əməli şirkətlərə və fiziki şəxslərə qlobal müstəvidə ciddi təhlükələr yaradır. Benefisiar bank hesabları vasitəsilə köçürülən və yuyulan pullar nəticəsində itgiyə məruz qalan qurbanların sayı kifayət qədər yüksəkdir.  İNTERPOL  2019-cu il 15 oktyabr – 15 noyabr tarixləri arasında   keçirdiyi “Qlobal KEM Məlumatlandırma Kampaniyası”  (“Global BEC Awareness Campaign”)  çərçivəsində ictimaiyyəti kibercinayətkarlığın bir forması olan Korporativ Elektron Poçtun Mənimsənilməsi    ilə mübarizə aparmağa və cinayətkarların nəzarəti altında olan bank hesablarına ödəniş etməməyə çağırır. Bu məqsədlə İNTERPOL kiber və maliyyə cinayətlərinin qlobal təsirini azaltmaq və daha təhükəsiz dünya naminə insanları qorumaq  üçün sosial media platformalarının gücündən istifadə etməklə cinayət əleyhinə hər həftə 2 illüstrasiya olmaqla ictimai mesajlar yaymağı hədəfləyir.

Kampaniyanın ikinci həftəsində (21 oktyabr)  əməkdaşların hesablarının qanunsuz mənimsənilməsi, saxta faktura sxemləri, cinayətin hədəfində olan şəxslər və şirkətlər kimi  məsələlərə toxunulur.

Aşağıdakı keçidə istinad etməklə kampaniya haqqında materiallarla tanış ola bilərsiniz:

https://www.interpol.int/en/Crimes/Financial-crime/Business-Email-Compromise-Fraud

https://www.interpol.int/en/News-and-Events/News/2019/INTERPOL-urges-public-to-BECareful-of-BEC-fraud

CC_BECareful_screens_sep19_EN_02_3 CC_BECareful_screens_sep19_EN_02_4