Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Məlumatlandırma Kampaniyasına start verilmişdir

“Korporativ Elektron Poçtuna Müdaxilə” (KEM) – Business Email Compromise (BEC) – adlı cinayətkarlıq əməli şirkətlərə və fiziki şəxslərə qlobal müstəvidə ciddi təhlükələr yaradır. Benefisiar bank hesabları vasitəsilə köçürülən və leqallaşdırılan pul vəsaitləri nəticəsində itkiyə məruz qalan qurbanların sayı kifayət qədər yüksəkdir.

Belə ki, İNTERPOL  2019-cu il 15 oktyabr – 15 noyabr tarixləri arasında keçirdiyi “Qlobal KEM Məlumatlandırma Kampaniyası”  (“Global BEC Awareness Campaign”) çərçivəsində ictimaiyyəti kibercinayətkarlığın bir forması olan Korporativ Elektron Poçtuna Müdaxilə ilə mübarizə aparmağa və cinayətkarların nəzarəti altında olan bank hesablarına ödəniş etməməyə çağırır. Bu məqsədlə İNTERPOL kiber və maliyyə cinayətlərinin qlobal təsirini azaltmaq və daha təhükəsiz dünya naminə insanları qorumaq  üçün sosial media platformalarının gücündən istifadə etməklə cinayət əleyhinə hər həftə müvafiq bukletlər vasitəsi ilə ictimai mesajlar yaymağı hədəfləyir.  Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti də İNTERPOL ilə tərəfdaşlıq çərçivəsində bu kampaniyaya dəstək verməyə qərar vermişdir.

Kampaniyanın ilk həftəsində (14 oktyabr)  istifadəçilərin elektron qurğularına qanunsuz daxil olma, sosial media paylaşımları əsasında istifadəçilər haqqında məlumatların toplanması və şirkətdəki məsul əməkdaşlara təcili saxta sorğuların göndərilməsi məsələlərinə toxunulur.

Aşağıdakı keçidə istinad etməklə kampaniya haqqında materiallarla tanış ola bilərsiniz:

https://www.interpol.int/en/Crimes/Financial-crime/Business-Email-Compromise-Fraud

https://www.interpol.int/en/News-and-Events/News/2019/INTERPOL-urges-public-to-BECareful-of-BEC-fraud

CC_BECareful_screens_sep19_EN_02_1 CC_BECareful_screens_sep19_EN_02_2

CC_BECareful_screens_sep19_EN_02_3 CC_BECareful_screens_sep19_EN_02_4

CC_BECareful_screens_sep19_EN_02_7 CC_BECareful_screens_sep19_EN_02_6