Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən PL/TMM üzrə qanunvericiliyin tələblərinə qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər tərəfindən əməl edilməsinə nəzarəti həyata keçirir. Maliyyə Nazirliyinin strukturuna daxil olan Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti yuxarıda qeyd edilən biznes subyektlərinə bilavasitə nəzarəti həyata keçirir.

Maliyyə Nazirliyi ilə Maliyyə Monitorinqi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində qiymətli daşların və metalların biznesi bazarının iştirakçıları PL/TM-lə mübarizə ilə bağlı təlim və seminarlara cəlb edilmişdir. Eyni zamanda, Maliyyə Nazirliyi vasitəsilə bu qrupdan olan monitorinq subyektlərinə şübhəli əməliyyatlarla bağlı xüsusi indikatorlar, məsul şəxslərə olan tələblər, daxili nəzarət sistemləri, məlumatların monitorinq orqanına təqdim edilməsi ilə bağlı müvafiq normativ və metodoloji sənədlər təqdim edilmişdir.

Hazırda Maliyyə Monitorinqi Xidməti və Maliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən qiymətli daşlar və metalların biznesi ilə məşğul olan şirkətlərdə daxili nəzarət sistemlərinin formalaşdırılması işinin tam olaraq başa çatdırılması üçün birgə tədbirlər həyata keçirilir.