Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizə tədbirlərini həyata keçirmək vəzifəsinə məsul olan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi PL/TM-lə mübarizədə iştirak edən əsas dövlət orqanlarındandır. Belə ki, «Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 387 nömrəli Fərmanına əsasən, terrorçuluğun maliyyələşdirilməsinə dair cinayət işləri üzrə ibtidai istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılır.Hazırda Maliyyə Monitorinqi Xidmətinin Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlığının başlıca istiqamətini də məhz terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə təşkil edir. Belə ki, mövcud qanunvericiliyə əsasən iki qurum arasında terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli məlumatlar və bu məlumatların araşdırılması ilə bağlı informasiya mübadiləsi həyata keçirilir.

Bununla bərabər, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarına əsasən sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ölkədaxili Siyahısı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən müəyyən edilir və təsdiq olunması üçün Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur. Buna uyğun olaraq hazırda sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ölkədaxili Siyahısının tərtib olunması üçün hər iki qurumun ekspertləri birgə iş aparırlar.

2010-cu ilin may ayında Milli Təhlükəsizlik Nazirliyi ilə Maliyyə Monitorinqi Xidməti arasında PL/TMM sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.