Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




 Monitorinq iştirakçıları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunan hesabatların XSD və XML strukturlarının izahına dair təlimlər keçirilmişdir

7 mart 2019

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə iştirak edən monitorinq subyektlərinin potensialının gücləndirilməsi tədbirlərini davam etdirir.

Bu məqsədlə 2019-cu il üzrə Təlim Planına uyğun olaraq, 25-27 fevral və 5-7 mart tarixlərində bankların məsul şəxsləri üçün “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”na uyğun olaraq göndərilən hesabatların XSD və XML strukturlarının izahına dair 6 təlim silsilə olaraq təşkil edilmişdir.

Təlimlər müvafiq sahə üzrə məsul şəxslərin texniki bilik səviyyəsini artırılması məqsədi ilə keçirilmişdir. Tədris prosesində məlumatların təqdim olunmasına dair XSD və XML strukturlar nümayiş etdirilmiş və onların tərtibatına dair ətraflı məlumat verilmişdir. Tədrisin sonunda təlim iştirakçıları praktiki tapşırıqların üzərində çalışmışlar.

Ümumilikdə 6 tədris günü ərzində təlimlərdə  təqribən 60 nəfər iştirak etmişdir.

IMG_2592