Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində fəaliyyət ümumilikdə ölkədə şəffaflığın artırılması və təhlükəsizliyin gücləndirilməsi istiqamətində uğurla həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. Bu baxımdan, ölkədə effektiv PL/TMM sisteminin formalaşdırılmasının vacib şərtlərindən biri kimi müxtəlif sahələri əhatə edən fəaliyyətlərin əlaqələndirilməsi və aidiyyəti dövlət orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın təmin edilməsi çıxış edir. PL/TMM sahəsində fəaliyyət göstərən tənzimləmə, nəzarət və hüquq-mühafizə orqanları, habelə bu orqanların müvafiq funksiyaları «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli 767-IIIQ nömrəli Qanunu (bundan sonra – preventiv Qanun), Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı və digər qanunvericilik aktları ilə müəyyən edilmişdir.

PL/TMM sahəsində fəaliyyət göstərən orqanlar arasında əməkdaşlığın praktik mexanizmlərinin formalaşdırılması məqsədilə Maliyyə Monitorinqi Xidməti ilə aidiyyəti dövlət orqanları arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanmışdır. Bu Anlaşma Memorandumlarında əməkdaşlığın əsas istiqamətləri kimi PL/TMM sahəsində (i) qarşılıqlı informasiya mübadiləsi; (ii)məlumat bazalarından birgə istifadənin təmin edilməsi; (iii)hüquqi yardım sorğularının cavablandırılması; (iv) birgə tədqiqatların aparılması, analitik və metodiki materialların hazırlanması; (v) normativ xarakterli aktların birgə hazırlanması; (vi) konfransların, seminarların və təlimlərin təşkili üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə əsasən Maliyyə Monitorinqi Xidməti ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən aidiyyəti orqanlar və onların PL/TMM sahəsində funksiyaları ilə bağlı daha ətraflı məlumat aşağıda verilmişdir: