Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi




Biz kimik?

Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikası Mərkəzi Bankının yanında müstəqil struktur vahidi olaraq Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı ilə yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 25 may tarixli 95 nömrəli Fərmanına uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsi və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi ilə müstəqil Maliyyə Monitorinqi Xidməti publik hüquqi şəxs yaradılmışdır.

Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır.

Funksiyalarımız

Maliyyə Monitorinqi Xidməti:

  • vahid siyasətin formalaşmasında və bu siyasətin həyata keçirilməsində iştirak edir;
  • tənzimləməni və nəzarəti həyata keçirir;
  • milli risk qiymətləndirilməsini həyata keçirir, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirir;
  • monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, onlardan daxil olan məlumatları toplayır və təhlil edir;
  • vahid informasiya sisteminin tətbiqini təmin edir;
  • normativ xarakterli aktlar qəbul edir və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
  • PL/TMM sisteminin inkişafını təmin edir.

Missiyamız

Monitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək verməkdir.

Strateji baxışımız

Maliyyə Monitorinqi Xidmətini müasir tələblərə cavab verən maliyyə monitorinqi orqanına çevirməkdir.