Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Azərbaycanda PL/TMM sisteminin effektivliyinin artırılması baxımından müvafiq dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyi PL/TMM sahəsində əməkdaşlığa qoşulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu ilin avqust ayında imzaladığı müvafiq Fərmana əsasən Vergilər Nazirliyi hüquqi xidmət göstərən digər şəxslər tərəfindən PL/TMM üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən dövlət orqanı müəyyən edilmişdir.2010-cu ilin aprel ayında Vergilər Nazirliyi ilə Maliyyə Monitorinqi Xidməti arasında PL/TMM sahəsində əməkdaşlığa dair Razılaşma imzalanmışdır.

Mövcud qanunvericiliyə əsasən lombardlar və daşınmaz əmlakın alqı–satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən PL/TMM üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət Maliyyə Monitorinqi Xidməti tərəfindən həyata keçirilir. Bu baxımdan, sözügedən Razılaşmada lombardların və daşınmaz əmlakın alqı–satqısı üzrə vasitəçilik xidmətləri göstərən şəxslər tərəfindən preventiv qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsini təmin etmək məqsədilə, müvafiq dövlət reyestrində onlara dair məlumatların rübdə bir dəfə Vergilər Nazirliyi tərəfindən Maliyyə Monitorinqi Xidmətinə göndərilməsi barədə də bənd nəzərdə tutulmuşdur.