Xəbərlər
                        

Sanksiya tətbiq olunmalı şəxslər
                         

Əməkdaşlıq etməyən ölkələr
                        

Elektron tədris
                        

Məlumatların göndərilməsi



Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 123 nömrəli qərarına və 2010-cu il 25 iyun tarixli 124 nömrəli əsasən Xarici İşlər Nazirliyi PL/TMM sahəsində müvafiq funksiyalara malik olan dövlət orqanıdır.Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 3-cü bəndinə əsasən PL/TMM sahəsində əməkdaşlıq etməyən dövlətlərin siyahısı Maliyyə Monitorinqi Xidməti tərəfindən Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Buna uyğun olaraq Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar əsasında əməkdaşlıq etməyən dövlətlərin siyahısı Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq edilərək monitorinq subyektlərinə təqdim edilmişdir.

Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 12-ci bəndinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Beynəlxalq Siyahısı Xarici İşlər Nazirliyi tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur. Buna uyğun olaraq Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının «Əl-Qaida» və «Taliban»a qarşı Sanksiyalar Komitəsi tərəfindən müəyyən edilmiş siyahını Maliyyə Monitorinqi Xidmətinə təqdim etmişdir.

Habelə BMT-nin Təhlükəsizlik Şurasının 9 iyun 2010-cu il tarixində qəbul edilmiş 1929 saylı Qətnaməsi pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aspekti üzrə aidiyyəti bəndlərinin Maliyyə Monitorinqi Xidməti tərəfindən icrası vəziyyətinə dair müvafiq məlumatlar Xarici İşlər Nazirliyinə təqdim olunur.

Bunlarla bərabər, Azərbaycan Respublikasının PL/TMM sahəsində beynəlxalq səviyyədə gedən proseslərdə aktiv şəkildə iştirakı, ölkənin bu sahədə xarici siyasətinin müəyyənləşdirilməsi və ikitərəfli əlaqələrin həyata keçirilməsi istiqamətində də Xarici İşlər Nazirliyi ilə Maliyyə Monitorinqi Xidməti arasında sıx əməkdaşlıq edilir.