Xəbərlər

17.01.2022 14:20

MMX maliyyə sektoru üçün yeni metodik vəsait təqdim edir

Maliyyə Monitorinqi Xidmətinin Məlumatların təhlili departamenti tərəfindən Virtual aktivlərin istifadəsi və Virtual aktivlər üzrə xidmət təminatçılarının fəaliyyəti ilə əlaqəli meydana çıxan PL/TM riskləri adlı yeni metodik vəsait hazırlanmışdır.

Təqdim olunan vəsaitin əsas məqsədi virtual aktiv (VA) anlayışının təbiətinin, əhatə dairəsinin, əsasında duran dəyərlərin ötürülməsi mexanizminin və belə aktivlər ilə əlaqəli PL/TM risklərinin və zəifliklərin başa düşülməsinə metodik dəstək olmaqdır. Belə ki, metodik sənəd VA və onlar ilə əlaqəli risklərin idarə olunması üçün maliyyə sektoruna, nəzarət orqanlarına, hüquq mühafizə orqanlarına və digər maraqlı tərəflərə zəruri tədbirlərin müəyyən edilməsində məlumat mənbəyi olaraq yardım edəcəkdir.

Sözügedən sənəd, həmçinin VA ilə əlaqəli fəaliyyət və ya əməliyyatlar həyata keçirmək istəyən özəl sektor subyektlərinə özlərinin PL/TMM öhdəliklərinin başa düşülməsinə və FATF tələblərinin effektiv şəkildə icra edilməsinə dəstək üçün nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, təqdim olunan mövzu nisbətən yeni tendensiya olmaqla, əhatə dairəsi çox genişdir və mövzunun bu və ya digər aspektlərinə müxtəlif mənbələrin çox müxtəlif yanaşmaları mövcuddur. Yəni bu sahədə hələ ki, vahid standartlar müəyyən olunmayıb. Sahənin özünün əsas spesifikliyi sürətlə yenilənmələrin olması ilə bağlıdır. Qeyd olunanları nəzərə alaraq, müvafiq metodik sənədin hazırlanmasında müvafiq sahənin əsas hissələrinə diqqət ayrılmışdır. 

Vəsait MMX-nin rəsmi internet səhifəsində dərc edilmişdir:

http://www.fiu.az/uploads/content/docs/methodology/1.%20VA%20v%C9%99%20VASP_Metodik%20v%C9%99sait_layih%C9%99_SON_dizayn%201.pdf

 

17-01-2022 | 14:20
← Geriyə