Xəbərlər

04.02.2022 10:50

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı beynəlxalq təşkilatda rəhbər vəzifəyə yenidən seçilib

“Eqmont Qrupu”nun “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun 2022-ci il 3 fevral tarixində onlayn formatda keçirilən iclasında Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev ikinci dəfə sözügedən işçi qrupun sədr müavini seçilib.

Qeyd edək ki, maliyyə monitorinqi orqanları (MMO) arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış “Eqmont” qrupu çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə hazırda 167 ölkənin üzv olduğu beynəlxalq təşkilatdır. 

 “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu” MMO-lar tərəfindən çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq standart və üzvlük meyarlarına uyğunluğu təmin edən strukturdur.

Xatırladaq ki, F.Əliyev ilk dəfə bu vəzifəyə 2020-ci il 30 yanvar tarixində seçilmişdir. F.Əliyevin sədr müavini kimi iki illik fəaliyyətinin yüksək qiymətləndirilməsi onun yenidən bu qrupun sədr müavini seçilməsinə zəmin yaradıb. Beləliklə, F.Əliyev növbəti iki illik müddətə “Eqmont  Qrupu” üçün strateji əhəmiyyət daşıyan məsələlərin əlaqələndirilməsi və üzvlük proseslərinə nəzarətin həyata keçirilməsində birbaşa iştirak edəcək. 

04-02-2022 | 10:50
← Geriyə