Xəbərlər

24.02.2022 14:35

Maliyyə Monitorinqi Xidməti və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə təlim keçirilib

Cari ilin 23-24 fevral tarixlərində Maliyyə Monitorinqi Xidməti və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə bank əməkdaşlarına “Müştəri profili üzrə məlumatların yığılması, risk dərəcəsi və onun müəyyən edilməsi əsasları” mövzusunda təlim keçirilib.

Mərkəzi Bankın inzibati binasında baş tutmuş təlimdə banklar tərəfindən müştəri profili üzrə məlumatların yığılması, risk dərəcəsinin müəyyən edilməsi ilə bağlı simulyasiya tətbiq olunub, praktik məşğələlər əsasında məlumatların əldə edilməsi zamanı nəzərə alınmalı məqamlar auditoriyanın diqqətinə çatdırılıb. Təlimin növbəti mərhələsində simulyasiya əsasında əldə edilmiş məlumatlar və verilmiş risk dərəcəsinin adekvatlığı müzakirə olunub.

Sonda təlimçi - MMX-nin Hüquq departamentinin direktoru Azər Abbasov müştəri profili üzrə məlumatların yığılması və risk dərəcəsinin verilməsində əsasların formalaşdırılmasına dair təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. 

2 gün davam edən təlimlərə 60-a yaxın iştirakçı qatılıb.

 

 

 

 

24-02-2022 | 14:35
← Geriyə