Xəbərlər

25.02.2022 15:20

Maliyyə Monitorinqi Xidməti və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə təlim keçirilib

Cari ilin 25 fevral tarixində Maliyyə Monitorinqi Xidməti və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə Mərkəzi Bankın inzibati binasında monitorinq subyektlərinin əməkdaşlarına “Müştəri profili üzrə məlumatların yığılması, risk dərəcəsi və onun müəyyən edilməsi əsasları” mövzusunda təlim keçirilib.

Təlimdə kredit təşkilatları, sığorta, investisiya və lizinq şirkətləri tərəfindən müştəri profili üzrə məlumatların yığılması, risk dərəcəsinin müəyyən edilməsi ilə bağlı simulyasiya tətbiq olunub, praktik məşğələlər əsasında məlumatların əldə edilməsi zamanı nəzərə alınmalı məqamlar auditoriyanın diqqətinə çatdırılıb. Təlimin növbəti mərhələsində simulyasiya əsasında əldə edilmiş məlumatlar və verilmiş risk dərəcəsinin adekvatlığı müzakirə olunub.

Sonda iştirakçılar Azər Abbasovun müştəri profili üzrə məlumatların yığılması və risk dərəcəsinin verilməsində əsasların formalaşdırılmasına dair hazırladığı təqdimatı dinləyib və auditoriyanı maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb. 

Qeyd edək ki, təlimə ümumilikdə 22 nəfər iştirakçı qatılıb.

25-02-2022 | 15:20
← Geriyə