Xəbərlər

19.12.2019 10:20

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları “Strateji Analiz” mövzusunda təlimdə iştirak edib

Cari ilin 18-19 dekabr tarixlərində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (Xidmət) əməkdaşları Aİ/AŞ-nin Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının İkinci mərhələsi (YİTII) çərçivəsində icra olunan “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsinin icrası məqsədilə təşkil olunmuş “Strateji Analiz” təlimində iştirak edib.

Avropa Şurasının ekspertləri tərəfindən təşkil edilən təlimdə beynəlxalq standartlar, anlayışlar və strateji düşünmənin başa düşülməsi haqqında fundamental biliklər, tipologiya sxemlərinin aşkarlanması və risklərin hesablanması məsələləri geniş şəkildə əhatə olunur. 

Təlimin məqsədi PL/TM sahəsində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının (qurumlarının) strateji təhlil potensialının gücləndirilməsidir.

19-12-2019 | 10:20
← Geriyə