Xəbərlər

30.04.2021 17:45

Avropa Şurası MONEYVAL Komitəsinin 61-ci plenar iclası keçirilmişdir

2021-ci il 26-30 aprel tarixlərində onlayn formatda keçirilmiş Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 61-ci Plenar İclasında Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak etmişdir.

Plenar iclasda bir sıra üzv dövlətlərin V Raund Qarşılıqlı Qiymətləndirmə hesabatları və tərəqqi hesabatları dinlənilmişdir. Həmçinin iclas çərçivəsində MONEYVAL-ın fəaliyyətinə dair müxtəlif texniki və əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

30-04-2021 | 17:45
← Geriyə