Dünya bankı

Ümumi məlumat

Dünya Bankının PL/TMM sahəsinə texniki yardımı öz yurisdiksiyalarında PL/TM riskləri və təsirlərinin qiymətləndirilməsinin dəstəklənməsi, bu qiymətləndirmə əsasında PL/ TMM-ə risk əsaslı yanaşmanın tətbiq edilməsi, qarşısı-alınma tədbirlərinin hazırlanması, qanunların, qaydaların və institusional çərçivələrin effektivliyinin nəzərdən keçirilməsi, təkmilləşdirmələrin təklif edilməsi, cinayətlərdən əldə olunan gəlirlər və əlaqəli maliyyə axınları barədə sistematik məlumat toplama potensialının yaradılması, habelə maliyyə sektorunun PL/TMM yoxlamalarına risk əsaslı və effektiv nəzarət üçün maliyyə sektoru nəzarətçilərinin potensialının artırılması, beynəlxalq məlumat mübadiləsi də daxil olmaqla, PL/TM işləri üzrə müstəntiqlərin, prokurorların və hakimlərin istintaq qabiliyyətinin artırılması, aşağı riskli maliyyə məhsullarında və xidmətlərində müştərinin lazımi səylərini və PL/TMM tələblərini sadələşdirməklə və s. maliyyə daxilolmasının təşviq edilməsini və s. əhatə edir.

Dünya Bankı antikorrupsiya səyləri, maliyyə xidmətlərinin əlçatarlığı, oğurlanmış aktivlərin bərpası, aktivlər barədə məlumatın açıqlanması və ekoloji cinayətlər daxil olmaqla bir sıra geniş mövzularda qlobal müzakirələrə öz töhfəsini verir. Dünya Bankı özünü-diaqnostika və ya ölkələrin Maliyyə Sektorunun Qiymətləndirilməsi çərçivəsində ölkələrin effektivliyini diaqnoz etmək və potensial risk sahələrini müəyyən etmək üçün onların PL/TMM rejimlərinin qiymətləndirmələrini həyata keçirir.

Azərbaycanla əməkdaşlıq

Dünya Bankı PL/TMM sahəsində Azərbaycanda bir neçə seminarın keçirilməsini təşkil etmişdir. Ölkəmizdə PL/TMM sahəsində Milli Risk Qiymətləndirilməsi də Dünya Bankının ekspertlər heyətinin dəstəyi ilə təşkilatın hazırladığı metodologiya əsasında 2015-ci ildən aparılır.

← Geriyə